Göygöldə avtomobil qəzası olub, iki qadın xəsarət alıb

   Göygöldə avtomobil qəzası olub, iki qadın xəsarət alıb
  18 Yanvar 2023    Oxunub:965
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb, iki qadın xəsarət alıb.
Hadisə Göygöl rayon Hacıməlik qəsəbəsində baş verib.

Avtomobil qəzası nəticəsində 1968-ci il təvəllüdlü Tamaşa Məhərrəmova və 1981-ci il təvəllüdlü Səmiyə Salmanova xəsarət alıb.

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)


Teqlər:





Xəbər lenti