Kəlbəcərdə radon qazının yüksək səviyyəsi aşkarlanıb

Radon rəngsiz, iysiz radioaktiv qazdır, əsasən, uranla zəngin olan mədənlərdə, mağaralarda daha çox yayılır, qranit və vulkanik süxurlarda yüksək miqdarda olur və insan səhhəti üçün ciddi təhlükə törədir. Radonun ən ciddi təsiri radiaktivlikdən gələn alfa şüalanmasıdır. İnsan radon qazı qarışmış hava ilə uzun müddət nəfəs alsa zəhərlənməyə və az dozalı daxili şüalanmaya məruz qalacaq.
Orqanizmin bu maddə ilə zəhərlənməsi heç bir əlamətlə hiss olunmur, lakin illər sonra zəhərlənmiş insan ciddi xəstəliklərdən əziyyət çəkir. Radon su, toz və dumana qarışaraq qida və nəfəs yolları vasitəsilə insan orqanizminə asanlıqla daxil olur, immun sistemini, qan yaradan hüceyrələri, sümük iliyini, ağ ciyərləri və nəfəs yollarını zədələyir. Bu isə ağciyər xərçənginə, qan xəstəliklərinə və genetik xəstəliklərə səbəb olur. Radonun siqaret çəkən insanlarda xərçəng xəstəliyi törətmə ehtimalı daha çoxdur.
AzVision.az
Teqlər: