2030-cu ilə qədər Litvada yeni diviziya yaradılacaq

2030-cu ilə qədər Litvada yeni diviziya yaradılacaq
  19 Yanvar 2023    Oxunub:1056
Litva ordusunun komandanı general-leytenant Valdemaras Rupşis 2030-cu ilə qədər ölkədə yeni diviziya yaradılacağını bildirib.
AzVision.az xəbər verir ki, yeni diviziya kadrların sayına görə ölkədə ilk olacaq. Onun sözlərinə görə, Litvanın öz diviziya bölməsini yerləşdirmək imkanı var:

“Söhbət mexanikləşdirilmiş, tank diviziyasından getmir, lakin bunun üçün kifayət qədər maliyyə və lazımi siyasi qərarlarla 2030-cu ilə qədər yeni diviziyanı yarada biləcəyik”.

Qeyd edək ki, yanvarın 9-da Polşanın müdafiə naziri Mariuş Blaşçak da ölkənin şərqində yeni piyada diviziyasının yaradıldığını bəyan edib. Onun sözlərinə görə, bölməyə dörd briqada daxil olacaq. Bölmələr “Abrams” və “K-2” tankları, “Krab” və “K-9” özüyeriyən haubitsaları ilə təchiz olunacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti