Narkotik alveri ilə məşğul olan ATU-nun iranlı tələbələri saxlanıldı - VİDEO

   Narkotik alveri ilə məşğul olan ATU-nun iranlı tələbələri saxlanıldı -     VİDEO
  19 Yanvar 2023    Oxunub:1018
Azərbaycanda narkotik alveri ilə məşğul olan iranlı tələbələr saxlanılıb.
DİN Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, xüsusi əməliyyat nəticəsində ölkə ərazisində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşlarının təşkil etdiyi 4 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri aşkar edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı paytaxt ərazisində müvəqqəti yaşayan Tibb Universitetinin tələbələri Ata Maleki, qardaşı Pouya, həmçinin qohumu Ali Maleki və Shishen Maleki saxlanılıblar. Onların üzərindən və birgə yaşadıqları evdən 1 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitələr, narkotiklərin satışından əldə etdikləri külli miqdarda pul vəsaiti və elektron tərəzilər aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq İran vətəndaşları ilə birlikdə narkotiklərin satışında əlbir olan Heybət Həsənov da tutularaq istintaqa təqdim edilib. Bu şəxsdən isə 2 kiloqramdan artıq marixuana və 4 ədəd çətənə kolu aşkar olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti