"Koreyanı fəlakət gözləyir"

Ban Ki-mun , Koreya yarımadasında müharibənin başlanması bölgəni fəlakətə sürükləyəcəkyindən narahatdır. Baş katib əmindir ki, rəsmi Pxenyan bununla özünü məhv etmiş olacaq.
Ban Ki-mun Şimali və Cənubi Koreya sərhəddindəki müştərək ticarət bölgəsi olan Kaesonqda işin yenidən bərpa olunmasını da tələb edib. O bildirib ki, iqtisadi məsələləri siyasi mövzulara aid etmək olmaz.
Bu arada Şimali Koreya rəhbərliyi Cənubdakı əcnəbi ölkə vətəndaşlarına səslənərək, onlardan bu ölkəni 3 gün ərzində tərk etmələrini xahiş edib. "Əks təqdirdə, Pxenyan əcnəbilərin həyatına yaranmış təhlükələrə görə məsuliyyət daşımayacaq".
Teqlər: