"Google" 12 min əməkdaşını işdən çıxarır

   "Google" 12 min əməkdaşını işdən çıxarır
  20 Yanvar 2023    Oxunub:850
Texnologiya nəhəngi "Google" 12 min əməkdaşını işdən çıxarır.
Şirkətin baş direktoru Sundar Piçai qərarını işçilərinə elektron məktubda elan edib. Eyni zamanda mətni şirkətin bloqunda dərc edib. Piçainin sözlərinə görə, korporasiyanın son dərəcə istedadlı mütəxəssisləri də işdən çıxarılıb. "Mən bundan çox təəssüflənirəm", deyə o, məktubda qeyd edib.

"Bloomberg"in məlumatına görə, korporasiyanın bütün işçilərinin 6%-dən çoxu işdən çıxarılıb.

Pichai əlavə edib ki, ixtisarlar ölkə iqtisadiyyatında 2022-ci ilə qədər fenomenal artım göstərən dəyişikliklərlə əlaqədardır. "Bu artımı uyğunlaşdırmaq və gücləndirmək üçün işçiləri bu gün qarşılaşdığımızdan fərqli iqtisadi reallıq üçün işə götürdük".

"Google"un baş direktoru qeyd edib ki, ixtisarlar bütün əməliyyat xidmətləri və sərmayələri mümkün qədər süni intellektə saxlamaq məqsədilə həyata keçirilib. "Süni intelekt bazarını tam ələ keçirmək və gələcəyimizi formalaşdırmaq üçün çətin bir qərar verməli olduq".

Qeyd edək ki, 2022-ci ilin noyabrında "Economic Times" "Google"un digər İT nəhənglərinin ardınca 10 min səmərəsiz işçini ixtisar etmək planları haqqında məlumat vermişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti