Tanınmış fotoqraf Ağdamla bağlı fotoalbom hazırladı

Tanınmış fotoqraf Ağdamla bağlı fotoalbom hazırladı
  20 Yanvar 2023    Oxunub:1825
Fotoqraf Mahir Hüseynbəylinin "Ağdamın ağ damı: erməni vandalizmi şəkillərin dilindən" fotoalbomu işıq üzü görüb.
AzVision.az xəbər verir ki, topluda 30 ilə yaxın davam edən işğal dövründə erməni vandallarının Ağdam şəhəri, eləcə də rayonun kəndlərində törətdiyi dağıntıları əks etdirən görüntülər yer alıb. 1 il 3 ay müddətində Ağdamda qalan müəllif rayonu qarış-qarış gəzərək, dağıdılan yaşayış evləri, qəbiristanlıqlar, tarixi və mədəni abidələrin görüntüsünü fotoaparatının yaddaşına köçürüb.

Topluda erməni vandalizminin qurbanı olan Ağdam Dövlət Dram Teatrı, Çörək Muzeyi, Qiyaslı məscidi, Cümə məscidi, bir sıra yaşayış məntəqələri və evlərin fotoları yer alıb. Müəllif işğalın yaratdığı dağıntılarla yanaşı, Ağdam azad olunduqdan sonra şəhərdə aparılan tikinti-quruculuq işləri ilə bağlı kadrları da lentə alıb.

Qeyd edək ki, "Ağdamın ağ damı: erməni vandalizmi şəkillərin dilindən" toplusunda Azərbaycan və ingilis dillərində Ağdamın tarixi haqqında məlumatlar da yer alıb. 68 səhifəlik toplu 2 min tirajla "İmza nəşrlər evi" tərəfindən nəşr olunub.

AzVision.az



Teqlər: Ağdam  



Xəbər lenti