Bakıda bağlanan yollar açılıb

Bakıda bağlanan yollar açılıb
  20 Yanvar 2023    Oxunub:1030
20 Yanvar günü ilə əlaqədar Bakıda hərəkətin məhdudlaşdırıldığı bütün yollarda hərəkət bərpa olunub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli AzVision.az -a bildirib ki, tədbir zamanı yollarda təhlükəsizlik tam təmin olunub:

“Şəhidlər Xiyabanına gedən yollardakı tədbirlər əvvəlcədən planlaşdırıldığı qaydada və vaxtında başa çatıb. Artıq paytaxt ərazisindəki bütün yollar nəqliyyat üçün açıq vəziyyətə gətirilib. Bu işdə göstərdikləri dəstəyə və anlayışa görə vətəndaşlara təşəkkür edirik”.

AzVision.az


Teqlər:



Xəbər lenti