Qadınlardan çəkənlər – Dahi rəssamları ucaldan və yıxan xanımlar

Qadınlardan çəkənlər – Dahi rəssamları ucaldan və yıxan xanımlar
  16 May 2014    Oxunub:4555
1878-ci il fevralın 23-də müasir dövrdə əsərləri ən baha satılan rəssamlardan biri olan Kazimir Maleviç anadan olub. Lakin ola da bilərdi ki, o, özünün məşhur əsərlərini yaratmadan dünyada köçsün. Tairxdə qaldığına görə o, ikinci həyat yoldaşına borcludur.

Bir dəfə Kurskda olarkən rəssam yerli feldşerin Kazimira adlı qızı ilə tanış olur və ona vurulur. Bunun qismət oldu]unu düşünən Kazmir onunla evlənir.
Rəssamın həyat yoldaşı qayğısız həyata adət etmiş bir xanım idi. Buna görə də ərinin evə yüksək qazanc gətirməsini tələb edirdi. Nəticədə Maleviç rəssamlığı bir qırağa qoyub, Kursk–Moskva dəmir yolu idarəsində çertyoj çəkən işləməyə başlayır. Ancaq bu da kifayət etmirdi.

Bir müddət sonra Maleviç yaradıcılığı üçün yeni imkanların yarandığı Moskovaya üz tutur. Və Kazmira ilə uşaqlarının yanına bir də yalnız iki ildən sonra qayıda bilir.

Həyat yoldaşının paytaxtda da uğur qazanmadığını görən Kazmira ondan ümidini üzür və özünə bir general məşuq tapır. Sonra isə Maleviçdən ayrılır.

Başı daşa dəyən rəssam növbəti həyat yoldaşını təkcə ürəyi yox, həm də ağlı ilə seçir. Uşaq yazıçısı olan Sofi onun üçün bir dəstək, ilham pərisi olur. O, deyinmir, pul tələb etmir, Nemçinovkadakı evlərinin rahatlığını təmin edirdi.

Ağır günlərdə bu qadın öz ailəsini sözün əsl mənasında aclıqdan xilas edib. Belə ki, toxuduğu əl işlərini qonşulara satır və bununla da ailəsinin çörək pulunu çıxarırdı.

Lakin heç də bütün dahilər belə `ilahə`lərlə rastlaşmayıb. Bəzi dahilərə həyata yoldaşları, sevdikləri qadın yaratmaqda yardımçı olurdusa, bəzilərinə əksinə, quyu qazırdılar.

Digər dahi rəssam Rafael qadınlara həddindən artıq meyilli olub. Lakin ilk dövrlərdə o, yalnız yüngül əxlaqlı qadınlarla maraqlanırdı. “Amur və Psixeya” əsəri üçün naturaçı axtaranda 17 yaşlı gözəl Marqarita Luti ilə tanış olur. Çörəkçi qızı olan Luti Rafaelin gözündə paklıq və saflıq simvolu idi. O, Maraqaritanı Məryəm ana obrazında (“Sikstin Madonnası” əsərində) təsvir edir.

Rəssam Maraqaritanı 3 min qızıl ödəyərək atasından satın alır və ona and içir ki, daha heç bir kurtizan qadılnla görüşməyəcək. Lakin həyatın ironiyasına baxın ki, Marqaritanın özü Rafaelin dediyi məhz həmin yüngül əxlaqlı qadına çevrilir.

Rəssamın həyat yoldaşı ərinə onun varlı hamiləri və hətta tələbələri ilə xəyanət edirdi. Rafaelin özü arxasınca deyilən zarafatları, kəm baxışları hiss etmirdi. Öldükdən sonra belə, bütün sərvətini öz məşuqəsinə vəsiyyət edir. Amma Maraqarita Rafaelin ölümündən sonra bu sərvəti qısa müddətə xərcləyir.

Rəssam Boris Kustodiyevin həyat yoldaşı Yuliya Proşinskaya sevgisi çox faciəli və təmiz olub. Kustodiyev bu qadına ilk baxışdan vurulmuşdu. Hətta çəkdiyi ikonalardakı Məryəm ana obrazını da Yuliyadan götürüb. Lakin onların oğlu 11 aylıq olanda meningitdən vəfat edir. Rəssamın beynində bəd xassəli şiş aşkar olunur. Dəhşətli ağrılar, qorxulu gecələr boyu rəssam eyni kabusu görürdü: Qara pişik onun belini cırmaqlayır.

Yuliya bütün bu çətin günlərdə onun yanında idi. Həm dost, həm həyat yoldaşı, həm həkim, həm də baxıcı kimi. “Mən səbrliyəm”,– deyə Yuliya tez-tez təkrarlayırdı.

Bir dəfə əməliyyata girməzdən öncə Boris Kustadıyevin həkimi Yuliyaya bildirir ki, “Siz seçim etməlisiniz. Biz onun ya əlini, ya da ayağını xilas edə bilərik”.

- O, rəssamdır. Əlini saxlayın – deyə Yuliya cavab verir.

Yuliya ərinin həyat eşqini və yaradıclığa həvəsini onun son saatlarına qədər qoruyub saxlamaq üçün üzərində molbert (rəsm lövhəsi ) yerləşən xüsusi kreslo da düzəltdirir.

Fransisko Qoyanın ilahəsi “Çılpaq Maxa” əsərində təsvir etdiyi aristokrat məşuqəsi hersoginiya Alba idi.

Paula Veronezenin ilahəsi rəsm əsərlərində təsvir etdiyi həyat yoldaşı olub. Arvadı öləndən sonra özünü hər kəsdən təcrid edən Veronezi Venesiyada ev alır. Daha sonra xəstələnir, müalicə olunmaqdan imtina edir və əbədiyyətə qovuşur.

Rembrantın muzası gözəl və varlı qadın Saskiya olub. Rəssamın ən məhsuldar dövrü Saskiya ilə nikahda olduğu vaxta təsadüf edir. Saskiya vəfat edəndən sonra Rembrant 12 il ona sadiq qalıb. İşini buraxıb, müflis olub, sonunda evindən də qovulub. Bir dostunun məsləhəti ilə qalan pulunu yeni biznesə xərcləyir, lakin uğur qazanmayıb. Nəticədə onun bütün rəsm əsərləri satışa çıxarılıb.

Salvador Dalini məhz Qala (Yelena Diakonova) dahi rəssama çevirmişdi. Çirkin olmasına rəğmən, bütün kişilər ona meyl salırdı. Lakin Dali ondan arzulanan ilahə obrazını yaradır. Qala öldükdən sonra Dali İspaniyadakı qəsrinə qapanır.

Rubens də həyat yoldaşına olan sevginin təsirilə rəssama çevrilir. O, rəssamlığa həyat yoldaşını təsvir etməklə başlayı və sonralar da təsvir etdiyi bütün qadın obrazlarını ona bənzər yaradır.

Məşhur rəssam Modilyani isə şairə Anna Axmatovaya vurularaq hər şeyi gözə almışdı.

Lakin qadınlar heç də həmişə yaradıcılığa yardımçı olmurlar. Məsələn, məşhur “Mirvari tanalı qız” portretinin müəllifi Vermer Delftskinin həyat yoldaşı ərini naturaçılara qısqanırdı. Hətta o səviyyədə ki, bəzən ərinin əsərlərini doğrayır və yandırırdı. Bu isə ərinin yardıcılığına böyük maneələr yaradırdı. Nəticədə həyat yoldaşının qısqanclığı ilə bacarmayan Vermer rəssamlığa son qoyur.

Rusiya mətbuatının materialları əsasında hazırladı:
Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti