Jurnalistlər neçəyə satılır: "demokratiya"nın qiyməti

Sorosun mediaya nə qədər xərclədiyi ifşa olunub

  Jurnalistlər neçəyə satılır:  "demokratiya"nın qiyməti
  22 Yanvar 2023    Oxunub:3164
Dövrümüzün meqolomanı, “Açıq Cəmiyyət” şəbəkəsi ilə dünyaya hörümçək toru toxuyan milyarder Corc Soros bu dəfə özü tora düşüb.
Amerikanın Media Araşdırmalar Mərkəzi (MRC Business) liberal milyarder Corc Sorosun (George Soros, əsl adı György Schwartz Soros ) Qərb mediasını məqsədli şəkildə maliyyələşdirirdiyini ifşa edib. Onun qlobal mediaya təsir etmək üçün bu vaxta kimi ümumilikdə 131 milyon dollar xərclədiyi üzə çıxıb.

Mərkəzin təsisçisi Brent Bozelin ( Brent Bozell ) Fox News telekanalına müsahibəsində Sorosun illərdir ki, ümumilikdə 253 media qurumuna rüşvət verərək “doğru” hesab etdiyi məlumatları dərc etdirdiyini açıqlayıb. O bildirib ki, dünyanın azı 54 nüfuzlu media xadimi Sorosun diqtəsi ilə işləyir. Onların arasında “CNN”, “NBC”, “CBS”, “Project Syndicate”, “Bloomberg”, “MSNBC”, “CNBC”, “NPR” və “Washington Post”un tanınmış jurnalistləri də var.


- Bir çox media nümayəndələri Sorosa Jurnalistləri Müdafiə Komitəsi (CPJ) vasitəsilə bağlıdır. “Xaosun Memarı”nın istədiklərini yazdırmaq üçün komitə 2,7 milyon dollar rüşvət alıb. “The Marshall Project” və “ProPublica”nın jurnalistləri və xəbər industriyası rəhbərlərinin də əlləri Sorosun dərin ciblərindədir. Hər iki qurum 2016-cı ildən 2020-ci ilə qədər solçu milyarderdən 1,2 milyon dollardan çox pul alıb. “Wikipedia”ya çatan 2 milyon dolllar olub. Bundan başqa, Amerikanın Milli İctimai Radiosu və “PolitiFact” də qismən Sorosun dəstəklədiyi qruplar tərəfindən maliyyələşdirilir,- Fox News yazır.

Media Araşdırmalar Mərkəzinin biznes analitikləri Cozef Vaskes (Joseph Vazquez) və Danile Şnayder (Daniel Schneider) isə yazır ki, özünün abort, doğuşa nəzarət, marksist iqtisadiyyat, antiamerikanizm, polisin federal büdcədən maliyyələşdirilməsinin dayandırılması, ekoloji ekstremizm və LGBT fanatizmi ilə bağlı radikal "açıq cəmiyyət" gündəmini yaymaq, qlobal səviyyədə siyasi proseslərə təsir etmək imkanları əldə etmək üçün Corc Soros təşkilatlarına otuz iki milyard dollardan ($32M) çox dividend ödəyib.

Faktiki olaraq, pulları Sorosa Birləşmiş Ştatlarda, eləcə də dünyanın müxtəlif yerlərində media güclərini satın alaraq milyonların beyninə öz “doğruları”nı yeritməyə kömək edib. İfşa fakları isə, özlüyündə Qərb Mediasının iç üzünü açıb. Yəni Qərbin “dürüstlük” carçılarının rüşvətlə “fake” xəbərlər yazdığının bir daha şahidi oluruq.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti