Əaslı təmir olunan “Bərdə” gəmi-bərəsisi Xəzərə qaytarıldı

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip stasionar ultra qısa dalğalı radiostansiyalar, qəza-xilasetmə radiostansiyalar və radiovericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyası quraşdırılıb.
Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb.
“Bərdə” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, baş göyərtəsi də obraziv qumla təmizlənərək rənglənib.
Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.
Uzunluğu 154,5, eni isə 17 metr olan gəminin maksimal sürəti 12,5 uzeldir.
AzVision.az
Teqlər: