Əmlakın, avtomobillərin alqı-satqısı və ipoteka qoyulması elektronlaşdırılır

Əmlakın, avtomobillərin alqı-satqısı və ipoteka qoyulması elektronlaşdırılır
  23 Yanvar 2023    Oxunub:952
Əmlakın özgəninkiləşdirilməsi və ipoteka qoyulması haqqında müqavilələrin təsdiq edilməsi elektronlaşdırılır.
AzVision.az -ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Notariat haqqında” qanuna dəyişikliklə bağlı qanunu imzalayıb.

Qanuna görə, dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq ediləcək.


Teqlər:





Xəbər lenti