İpoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salındı

   İpoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salındı
  24 Yanvar 2023    Oxunub:708
Azərbaycanda ipoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülməkdədir.
Bu barədə AzVision.az -a İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.

Bununla əlaqədar Fond bu günə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulunu qısa müddətə təxirə salıb.

İpoteka kreditləri üzrə müraciətlərin qəbulunun başlama vaxtı ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti