Pediatr: "Uşaqlarda temperaturun 5-gündən çox düşməməsi təhlükəlidir”

"4-5-gündən artıq temperatursalan dərman istifadəsinə baxmayaraq, qızdırma düşmürsə, müayinədən keçirmək, qan və sidik analizi vermək lazımdır. Ondan sonra nəticələr dəyərləndirməlidir. Yəni temperaturun 5-gündən çox düşməməsi təhlükəlidir”.
Pediatr qeyd edib ki, virusun kəkin dövrünün 5-6 gün çəkdiyini qeyd edib. Bu müddət bitəndən sonra baş, göz, qulaq ağrısı yaranırsa, bu, bakterial ağrı sayılır. O bildirib ki, belə olanda həkimə mücariət etmək və müalicə almaq lazımdır.
Ə.Quliyev son zamanlar uşaqlar arasında geniş yayılmış dodaqların quruyub-çatlaması halına da aydınlıq gətirib. Pediatr söyləyib ki, bu, kəskin hava dəyişikliyi ilə əlaqədardır.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti bildirib ki, həmçinin uşaqların dil ilə dodaqlarını quruması yüksək temperatur zamanı ola bilər: “Bu zaman valideynlər uşaqların dodaqlarına rəngsiz nəmləndirici dodaq boyası çəksinlər”.
Teqlər: