Rusiya idmançılarının beynəlxalq yarışlara buraxılması üçün şərtlər açıqlanıb

Rusiya idmançılarının beynəlxalq yarışlara buraxılması üçün şərtlər açıqlanıb
  25 Yanvar 2023    Oxunub:3021
Beynəlxalq Olimpiya Komitəsi (IOC) rusiyalı idmançıların beynəlxalq yarışlara buraxılması üçün şərtləri açıqlayıb.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, IOC Rusiya təmsilçilərinə neytral statusda mübarizə aparmağı təklif edib.

Bildirilib ki, bu, Olimpiya Xartiyasına əməl edən, yəni, Ukraynaya hərbi müdaxiləni dəstəkləməyən, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) qaydalarına əməl edən ruslara aiddir. Həmçinin, bütün idmançılar fərdi yoxlamalardan keçməli olacaqlar.

Beynəlxalq Olimpiya Komitəsinin yaydığı press-relizdə heç bir ayrı-seçkilik tətbiq etmədən bütün idmançıların hüquqlarına hörmət edilməsinin zəruriliyi vurğulanıb.
AzVision.az



Teqlər:





Xəbər lenti