Avstraliyada Qarabağ təxribatı törədən erməni idmançı məğlub oldu

   Avstraliyada Qarabağ təxribatı törədən erməni idmançı məğlub oldu
  27 Yanvar 2023    Oxunub:1551
Erməni əsilli Rusiya tennisçisi Karen Xaçanov Avstraliyadakı çempionatın yarımfinalında məğlub olub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Çempionatda daha çox Azərbaycana qarşı təxribatçı addımı ilə yadda qalan erməni əsilli tennisçini həlledici mərhələyə gedən yolda özlərinə qardaş xalq saydıqları Yunanıstanlı Stefanos Tsitsipas dayandırıb. 3 saat 24 dəqiqə çəkən qarşılaşmada 6:7 (2:7), 4:6, 6:6 (4:7), 3:6 hesabları qeydə alınıb.

Xatırladaq ki, Xaçanov oyundan sonra kameranın obyektivinə Qarabağdakı separatçı rejimə dəstək ifadə edən yazı yazmışdı. Bu hadisələrdən sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyası müvafiq qurumlara etiraz məktubu ünvanlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Tennis   Təxribat  





Xəbər lenti