AzVision.az xəbər verir ki, o, jurnalistlərə bəzi şəxslərin Ermənistana girişinə qadağa qoyulması ilə bağlı qərarların Fransadakı insidentlə bağlı olduğunu deyib. Onun sözlərinə görə Fransadan olan bir sıra "Daşnaksütyun" fəallarının Ermənistana girişi baş nazir Nikol Paşinyanın kortejinə hücuma görə qadağan edilib: “Bu, üzərində dövlət bayrağımız olan avtomobilə fiziki hücumla əlaqədardır. Etirazların müxtəlif formaları var. Fiziki hücum və yumurta atmaq demək olar ki, qəbuledilməz formalardır. Xüsusilə Ermənistanın baş nazirinin əyləşdiyi və üzərində Ermənistan bayrağını, dövlət rəmzlərini daşıyan avtomobilə yumurta atmaq qəbuledilməz etiraz formasıdır”, - Sinanyan qeyd edib.
Qeyd edək ki, "Daşnaksütyun"un Fransadakı gənclər birliyinin sədri Njde Karakavoryanın Ermənistana girişınə qadağa qoyulub.
Bundan başqa, bir neçə ay əvvəl "Daşnaksütyun"un iki beynəlxalq nümayəndəsi -Murad Papazyan və Masis Abramyan, eləcə də daşnakların Niderlanddakı “Qaregin Njde” gənclər birliyinin üzvü Syune Abrahamyan da arzuolunmaz şəxs elan ediliblər.
Tural Tağıyev
AzVision.az