300 milyard dollar rüşvət

300 milyard dollar rüşvət
  10 Aprel 2013    Oxunub:1383
Ölkədə ən çox rüşvət alanlar polis, həkim və müəllimlərdir
Rusiyada rüşvət və korrupsiya üzrə illik rəqəm 300 milyard dollardır. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Korrupsiyaya qarşı Mübarizə İdarəsinin hesabatında bildirilib. Rüşvət çarxının döndüyü sahələr isə əsasən bunlardır: ictimai binalar, dövlət satınalmaları, təbii qaynaqlar, federal agentliklər və digər ictimai təşkilatlardır.

“The Moscow Times”-ın məlumatına görə, korrupsiya və rüşvətin böyük bir hissəsi araşdırılmır. Müəllim və yol polisləri də daxil olmaqla cəmiyyətin bütün sahələrində rüşvət geniş yayılıb.

Rusiya parlamentinin üst qanadı olan Federasiya Şurasının Ədalət Komissiyasının sədr müavini Aleksanr Savenov isə bildirib ki, korrupsiya hallarında qismən azalma müşahidə olunub. Məhkəmələrdə rüşvətin rəqəmləri orta hesabla 10 min dollardır.

Baş prokuror Yuri Çaykaya görə isə, ölkədə ən çox rüşvət alanlar polis, həkim və müəllimlərdir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti