Portuqaliyada uzunömürlü it rekordlar kitabına düşdü - VİDEO

Portuqaliyada uzunömürlü it rekordlar kitabına düşdü -  VİDEO
  03 Fevral 2023    Oxunub:1696
Portuqaliyada Bobi adlı it tarixin ən uzunömürlü iti kimi Ginnesin Rekordlar Kitabına düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilib.

Qeyd edilir ki, Bobi 11 may 1992-ci ildə doğulub tarixin ən yaşlı iti sayılır. 2023-cü il fevralın 1-də onun 30 yaş 266-cı günü tamam olub. Amma bu "Rafeiro do Alentejo" cinsindən olan itlər üçün orta ömür uzunluğu 12-14 ildir.

Bobinin sahibinin sözlərinə görə, onun uzunömürlü olmasının səbəbi itin bütün həyatını Portuqaliyanın qərbindəki kəndlərdən birində sakit və dinc bir mühitdə keçirməsidir. O, Bobbinin xüsusi qaydalarla yemək yediyini də vurğulayıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: İt   Rekord  





Xəbər lenti