"Biz Ermənistanın bu fürsətdən istifadə etməsini istəyirik” - Akar

   "Biz Ermənistanın bu fürsətdən istifadə etməsini istəyirik” -    Akar
  05 Fevral 2023    Oxunub:656
Dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək kimi davam edəcək. Azərbaycan tək deyil. Möhtərəm prezidentlərimizin yaratdıqları çərçivədə biz Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi və təchizatı üzərində işləyirik.
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində söyləyib.

Zəngəzur dəhlizinin, ondan keçəcək dəmir və avtomobil yollarının region üçün iqtisadi, sosial həyat və təhlükəsizlik baxımından çox əhəmiyyətli olduğunu vurğulayan nazir deyib: “Ermənistanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzatdıqları sülh əlini tutmaq vacibdir. Başqalarının təsirinə məruz qalaraq xəyal qurmağın mənası yoxdur. Gəlin faktlara baxaq. Uyğun şərtlərlə müqavilə bağlayaq, sülhü, sabitliyi təmin edək, rahat, dinc yaşayaq. Biz Ermənistandan bu fürsətdən istifadə etməsini istəyirik”.

AzVision.az


Teqlər:





Xəbər lenti