Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

   Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
  05 Fevral 2023    Oxunub:581
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə XİN tviterdə paylaşım edib.

"Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır", - paylaşımda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti