"Türkiyədəki zəlzələdə xəsarət alan azərbaycanlılar barədə məlumat yoxdur" - XİN

   "Türkiyədəki zəlzələdə xəsarət alan azərbaycanlılar barədə məlumat yoxdur" -    XİN
  06 Fevral 2023    Oxunub:777
Türkiyədə baş verən zəlzələ nəticəsində xəsarət alan azərbaycanlılar barədə məlumat daxil olmayıb.
Bu barədə AzVision.az -a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, hazırda araşdırma aparılır.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda episentri 7 km dərinlikdə olan 7.4 maqnitudalı zəlzələ qeydə alınıb. Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə 10 əyalətdə hiss edilən zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralnıb.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti