FHN-in çevik xilasetmə qüvvələri Türkiyədə - VİDEO
06 Fevral 2023
Oxunub:875
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb.
Hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir.