Homoseksualların nikahı qanuniləşdi

 Homoseksualların nikahı qanuniləşdi
  10 Aprel 2013    Oxunub:1439
Fransa Senatı həmcinslilərin nikahı barədə qanun layihəsinin birinci maddəsini təsdiq etdi.
Fransa mətbuatı qeyd edir ki, yeni qanunun lehinə 179 , əleyhinə 157 senator səs verib. Qanun layihəsinin birinci maddəsi heç bir düzəliş edilmədən qəbul edilib. Bu maddə homoseksuallara nikah hüququ verir. Yaxın günlərdə qanunun digər maddələri, o cümlədən onlara övlad götürmə hüququ verəcək bəndləri də müzakirə ediləcək.

Xatırladaq ki, Fransa Parlamenti homoseksualların nikahını və övlad götürməsinin qanuniləşdirilməsinə 2013-cü ilin fevralında qərar verib. Qanun layihəsinin lehinə 294, əleyhinə isə 97 millət vəkili səs verib.

Qeyd edək ki, homoseksualların nikahının qanuniləşdirilməsi prezident seçkiləri qabağı kompaniya zamanı Fransua Olandın verdiyi vədlərdən biridir. Bu barədə qanun layihəsini Oland hökuməti hələ 2012-ci ilin noyabrında hazırlayıb.

Sənəd Fransada ictimai rezonansa səbəb olub. Son bir neçə ay ərzində Fransanın iri şəhərlərində ardıcıl olaraq etiraz aksiyaları keçirilib. Aksiyalarda minlərlə insan iştirak edib. İctimai rəy sorğularının nəticələrinə əsasən Fransa əhalisinin 60 %-i homoseksualların nikahını dəstəkləyir.

Qeyd edək ki, qanun bütünlüklə qəbul edildikdən sonra Fransa Avropa İttifaqında, Niderland, Belçika, Danimarka, İsveçrə, və İspaniyadan sonra sözügedən nikahları qanuniləşdirən 6-cı ölkə olacaq.

Azvision.az


Teqlər:  





Xəbər lenti