Rubikin aradan çıxmaqlığı

      Rubikin aradan çıxmaqlığı
  07 Fevral 2023    Oxunub:3327
Erməni mediasında yayılan xəbərlərə görə Xankəndidəki qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan Moskvaya gedib. Yaxud, “qaçıb” demək daha düzgün olardı. Amma necə? Axı yol bağlıdır...
Məlumata görə, Rubik rus sülhməramlılarına məxsus yük maşınında aradan çıxıb. Həmin maşında sülhməramlı kontingentdə xidmət edən əsgərlərin yararsız paltarları daşınırmış. Çirkli corabların, şalvarların və kim bilir, daha nələrin arasında Vardanyan sinədolusu nəfəs ala-ala əvvəlcə Ermənistana keçib, oradan isə Moskvaya yol alıb.

Hər şey Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində dediyi kimi olub: "...Gedə bilərlər: ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər; avtobusla da gedə bilərlər. Yol açıqdır".

Beləliklə, “Vardanyan layihəsi”ni artıq iflasa uğramış saymaq olar. Əgər o yenidən hansısa çirkli yükün altına girərək Qarabağa qayıtmaq istəsə, bu dəfə başqa cür danışmaq lazım gələcək...

T.H.
AzVision.az





Teqlər: Qarabağ   Vardanyan  





Xəbər lenti