Prezident : "Tofiq Quliyevin əsərləri bizim böyük sərvətimizdir"

      Prezident   : "Tofiq Quliyevin əsərləri bizim böyük sərvətimizdir"
  08 Fevral 2023    Oxunub:963
"Tofiq Quliyevin əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılış mərasimində çıxışı zamanı söyləyib.

Tofiq Quliyevin öz xalqına çox bağlı olduğunu, onun Azərbaycan, Bakı haqqında əsərlərinin bunu göstərdiyini deyən dövlət başçısı qeyd edib: “Onu tanıyanlar yaxşı bilirlər ki, çox gözəl insan, gözəl ziyalı idi, sözün əsl mənasında, böyük mədəniyyət xadimi idi və öz fəaliyyəti, öz əsərləri, Azərbaycanın ictimai həyatındakı rolu ilə tarixdə öz layiqli yerini tutmuşdur”.

AzVision.az


Teqlər:





Xəbər lenti