Azərbaycanda geopark yaradılır

   Azərbaycanda geopark yaradılır
  08 Fevral 2023    Oxunub:788
Bu gün Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər və Mədəniyyət nazirliklərinin, Dövlət Turizm Agentliyinin nümayəndələrinin, YUNESKO-nun Qlobal Geoparklar Şəbəkəsinin koordinatorlarının, AMEA-nın alimlərinin, beynəlxalq ekspertlərin, eləcə də, bir sıra səfirliklərin əməkdaşlarından ibarət İşçi Qrupun görüşü keçirilib.
Bu barədə AzVision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ESTN) bildirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev qeyd edib ki, geoparkın “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun bazasında yaradılması nəzərdə tutulur:

“Yaxın günlərdə mütəxəssislərin iştirakı ilə geoparkın təşkili istiqamətində ilkin hazırlıq işlərinə başlanılacaq”.

Görüşdə yaradılacaq geoparkın YUNESKO-nun Qlobal Geoparklar Şəbəkəsinə daxil edilməsi, geoparkın turizm potensialının inkişafına yönəlmiş məsələlər, bu sahədə təklif olunan ekosistem xidmətləri ətrafında fikir mübadiləsi aparılıb, beynəlxalq ekspertlər tərəfindən dünya təcrübəsi barədə məlumatlar verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti