Dağıntılar altında qalan ana qızını əmizdirərək yaşatdı - VİDEO

   Dağıntılar altında qalan ana qızını əmizdirərək yaşatdı -    VİDEO
  08 Fevral 2023    Oxunub:769
Zəlzələnin episentri Kahramanmaraşda yaş yarımlıq Masal adlı uşaq 55 saat sonra yaşadığı binanın dağıntıları arasından tapılıb. Azyaşlını anası saatlarla əmizdirərək həyatda saxlayıb.
Dağıntılar altından səs eşidən xilasetmə qrupları səs gələn yerə qədər tunel açıblar. Onlar dağıntılar altından Masalı və anası Yeliz Kıraççakalanı xilas ediblər.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti