Prezident : "Yaralı qardaş-bacılarımızı müalicə üçün Azərbaycana gətirməyə hazırıq"

      Prezident   : "Yaralı qardaş-bacılarımızı müalicə üçün Azərbaycana gətirməyə hazırıq"
  08 Fevral 2023    Oxunub:617
"Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq. O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı ilə söhbətində bildirib.

Paralel olaraq, böyük bir qrup könüllünün Türkiyəyə yola düşdüyünü bildirən dövlətimizin başçısı deyib: “Bizim böyük könüllü qruplarımız var - həm Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər, həm ASAN könüllüləri, yəni, onlar hər zaman Azərbaycanda bədbəxt hadisə baş verdikdə, - məsələn, bizdə də Şamaxı, Ağsu, İsmayıllıda zəlzələ baş verdikdə, - ilk yardıma yetişən də onlar olmuşlar. Onlar indi hərəkətdədir, yoldadırlar”.

AzVision.az



Teqlər:





Xəbər lenti