Prezident : "Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq"

      Prezident   : "Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq"
  08 Fevral 2023    Oxunub:704
"Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı ilə söhbətində səsləndirib.

Türkiyədən, Azərbaycandan və digər ölkələrdən gələn xilasedicilərin çox böyük iş gördüyünü qeyd edən dövlətimizin başçısı deyib: “Əlbəttə ki, burada əsas yük və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti