Naxçıvanda İMEİ kodları saxtalaşdırılan 42 ədəd telefon aşkarlanıb

   Naxçıvanda İMEİ kodları saxtalaşdırılan 42 ədəd telefon aşkarlanıb
  08 Fevral 2023    Oxunub:668
Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində yerləşən ticarət mərkəzindəki telefon mağazalarından ümumilikdə 42 ədəd İMEİ kodları saxtalaşdırılaraq dəyişdirlimiş mobil telefonlar aşkarlanaraq götürülüb.
Bu barədə AzVision.az -a Culfa Rayon Polis Şöbəsindən məlumat verilib.

Telefon satışı ilə məşğul olan Toğrul Ələkbərov, Heydər Hümbətov, Məhəmməd Məmmədov, Fizuli Nəsirov və Teymur Qalayev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az



Teqlər:





Xəbər lenti