TƏCİLİ: Ermənistan və İran Azərbaycana hücuma hazırlaşırlar

 TƏCİLİ:   Ermənistan və İran    Azərbaycana hücuma hazırlaşırlar
  08 Fevral 2023    Oxunub:6838
Türkiyədə dağıdıcı zəlzələnin baş verdiyi ilk saatlardan sosial şəbəkənin erməni seqmentində xüsusi bir canlanma baş verdi. Ermənistandan olan istifadəçilərin çoxu sevinclərini açıq büruzə verərək, Azərbaycan və Türkiyənin başının zəlzələnin fasadlarına qarışmasından istifadə edərək, Qarabağ və Zəngəzurda döyüşlərin bərpasına çağırdılar.
Bəli, bu gün bütün normal insanlar Türkiyədə yaralanan 50 min, həyatını itirən 10 minə yaxın və evsiz-eşiksiz qalan on minlərlə fəlakət qurbanını düşünürkən, bədnam qonşularımızdan bəziləri Azərbaycana qarşı döyüşlərin bərpa edilməsi üçün fürsətdən faydalanmağı fikirləşirlər.

Haqqin.az saytına diplomatik mənbələrdən daxil olan əməliyyat məlumatlarına görə, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribatı planlaşdırır. Ermənistanın təkbaşına Azərbaycana qarşı döyüş potensialı zəif olduğundan, bu təxribatlarda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "ayı xidməti"ndən istifadə olunacaq. Təxribatın həyata keçirilməsi üçün Ermənistana xüsusi hazırlanmış 30 nəfər iranlı hərbçidən ibarət qrup dəstək verəcək.

Məlumata görə hazırda İİKK-nın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş, xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunun ərazisində yerləşir. Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti təxribatlara hazırlıq işləri aparırlar.

İrandan xüsusi əməliyyatda iştirak edəcək Əməliyyat qrupunun rəhbərinın adı Azərbaycan hökumətinə məlumdur. İİKK-də xidmət edən bu general uzun müddət Suriyada hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində təxribat qrupunun manqa və bölmə komandirləri, hətta İİKK-nın diversiya qrupunun bəzi döyüşçüləri haqqında dəqiq məlumatlar mövcuddur.

Təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu "düşmənin canlı qüvvəsini məhv etmək" vəzifəsini daşıyan Ermənistan Silahlı Qüvvələrinin formasında olan bir qrup iranlı hərbçi həyata keçirəcək.

Azərbaycan ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücuma keçərək, orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək.

Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə İİKK-nın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun döyüş mövqelərinə hücumlar həyata keçirilə bilər. Hücumda İranın "Shahed" kamikadze pilotsuz vasitərindən istifadə edilməsi mümkündür. Döyüşlərə Ermənistandan olan diversantların qoşulması planlaşdırılıb.

Planlaşdırılan təxribatın əsas məqsədi Azərbaycanın növbəti "təcavüz aktı" və Azərbaycan ordusunun "vəhşilikləri" ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Bundan əlavə, sərhəddə planlaşdırılan təxribatın əsas məqsədi İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmaqdan ibarətdir.

Bununla bağlı 2022-ci ilin sentyabrında Azərbaycanı İran-Ermənistan sərhədinə nəzarəti ələ keçirmək niyyətində ittiham edən Ermənistan xarici işlər nazirinin müavininin bəyanatını xatırlatmaq yerinə düşər ki, bu da İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə səbəb olmuşdu. Ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla da sübut olunur. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu təsdiqləyib.

Azərbaycana qarşı silahlı təxribat törətmək üçün vaxt təsadüfi seçilməyib. Görünən odur ki, Ermənistan və İran ötən gün baş verən dəhşətli zəlzələdən sonra daxili problemlərinin həllilə məşğul olan Türkiyənin vəziyyətə lazımi şəkildə müdaxilə edə bilməyəcəyinə inanırlar. Ona görə də Azərbaycana qarşı çoxdan planlaşdırılan hərbi əməliyyatlar keçirmək üçün əlverişli şansdan istifadə etməyə çalışırlar.

Lakin İran bir şeyi unudur ki, bu gün ətrafında olanların hamısını, hətta onun mövcudluğunu təmin edənləri bir-bir hərraca çıxaran Ermənistan quyruğu qapı arasında qalan kimi Tehranı da "xərcləyəcək".

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün



Teqlər: İran   Ermənistan  





Xəbər lenti