Sabirabadda evdə yanğın olub

Sabirabadda evdə yanğın olub
  08 Fevral 2023    Oxunub:588
Sabirabad rayonunun Osmanlı kəndində ümumi sahəsi 65 m² olan birmərtəbəli 2 otaqlı evin (tavanı qamışdan ibarətdir) 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, digər otağının tavanı qismən 10 m² sahədə yanıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzVision.az



Teqlər:





Xəbər lenti