Avtomobil yollarındakı son vəziyyət

   Avtomobil yollarındakı son vəziyyət
  09 Fevral 2023    Oxunub:644
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyət barədə yeni açıqlama yayıb.
“ZƏFƏR” yolu nda qar yağır, 6-7 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Toğanalı - Kəlbəcər - İstisu yolu nda zəif qar yağır, hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı da müvafiq tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 9-27 dərəcə şaxta müşahidə olunur. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən “Ömər aşırımı” istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Bakı - Quba yolu: Quba və Qusar rayonları ərazisində qar yağır, 6 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülür. Xınalıq kəndi istiqamətində, yolun 26-38 km hissəsində güclü qar yağır, yolda 20 sm qar var. Şaxta 12-14 dərəcə təşkil edir. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Giləzi - Xızı yolu nda zəif qar yağır, lakin güclü külək əsir. Xızı rayonu ərazisində 8-10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Qobustan yolu: Gecə saatlarında Qobustan rayonu ərazisinə qar yağıb, hazırda isə yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Qobustan - Şamaxı - Muğanlı yolu: Şamaxı rayonu ərazisində zəif qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – Ağsu - Yevlax yolu: Muğanlı ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - İsmayıllı yolu nda gecə saatlarından başlayaraq qar yağır, 3-4 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolu nda zəif qar yağır, yolda qar yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 3-4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax - Şəki - Qax - Zaqatala yolu nda yağıntı yoxdur, Qax rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy yolu nmda gecə saatlarından başlayaraq marşrut boyu qar yağır. 4-9 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Gəncə - Daşkəsən: Marşrut boyu zəif qar yağır. 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Ələt - Astara yolu n Cəlilabad-Astara hissəsində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı: Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində qar yağır. 1-2 dərəcə şaxta var. Hazırda yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik: Lənkəran rayonu ərazisində sulu qar, Lerik rayonu ərazisində qar yağır, 5-6 dərəcə şaxta var. Hazırda yol qardan təmizlənir, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax yolu n Gəncə-Qazax hissəsinə zəif qar yağır, yolda qar yoxdur. Yolboyu nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti