İtkin düşən 4 azərbaycanlı tələbənin qaldığı binanın FOTOSU

   İtkin düşən 4 azərbaycanlı tələbənin qaldığı binanın    FOTOSU
  09 Fevral 2023    Oxunub:2331
Türkiyədə baş vermiş zəlzələ nəticəsində Malatyada dağıntılar altında qaldığı güman edilən 4 azərbaycanlı tələbənin axtarışları davam edir.
AzVision.az xəbər verir ki, Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin qaldığı binanın tamamilə dağılıb. Onlar 6 mərtəbəli binanın 2-ci mərtəbəsində qalırdılar. Hazırda həmin ərazidə axtarış-xilasetmə işlər davam etdirilir. Lakin tələbələrlə bağlı hər hansı məlumat əldə edilməyib.

AzVision.az 4 tələbənin qaldığı binanın hazırki fotosunu təqdim edir:



Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Hadisə nəticəsində azı 12 873 nəfər ölüb, 62 937 nəfər isə yaralanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti