Yevlaxda məscid tikdirən türkiyəli deputat vəfat etdi

   Yevlaxda məscid tikdirən türkiyəli deputat vəfat etdi
  09 Fevral 2023    Oxunub:1130
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı Adnan Türkoğlu vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı tviter səhifəsində başsağlığı verib.

"19-cu çağırış Çorum millət vəkilimiz Adnan Türkoğlu qardaşın vəfatını təəsüflə öyrəndim. Ürəyi məmləkətlə və Türk dünyası ilə döyünən siyasətdə örnək bir insan idi. Xidmət üçün təyin olunanda 1993-cü ildə Azərbaycanın Yevlax rayonunda bir məscid inşa etdirdiklərini demiş, baş çəkməyimi tövsiyə etmişdi. Allah rəhmət eləsin", - deyə səfir yazıb.

Qeyd edək ki, 1950-ci ildə anadan olan eks-parlamentari 73 yaşında infarktdan dünyasını dəyişib.

AzVision.az




Teqlər:





Xəbər lenti