Ordumuzun hərbçisi qar uçqununda ölüb

   Ordumuzun hərbçisi qar uçqununda ölüb
  10 Fevral 2023    Oxunub:1247
Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək həlak olub.
Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumatı AzVision.az-a təsdiqləyib. "Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik. Faktla bağlı araşdırma aparılır", - məlumatda bildirilib.

Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd kənd sakinidir.

AzVision.az


Teqlər:





Xəbər lenti