Sərhəddə və sülhməramlıların yerləşdiyi ərazilərdəki şərait təhlil edilib

   Sərhəddə və sülhməramlıların yerləşdiyi ərazilərdəki şərait təhlil edilib
  11 Fevral 2023    Oxunub:1121
Fevralın 11-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirlən xidməti müşavirədə sərhəddə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonundakı ərazilərimizdə mövcud əməliyyat şəraiti geniş təhlil edilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov ehtimal olunan təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verib.

Qeyd edək ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti