Məcburi köçkünlər Türkiyə üçün yardım toplayır

Məcburi köçkünlər Türkiyə üçün yardım toplayır
  11 Fevral 2023    Oxunub:1081
Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsində yaşayan məcburi köçkünlər də Türkiyə üçün yardım toplayır.
AzVision.az xəbər verir ki, qəsəbə sakinləri aksiyada aktiv şəkildə iştirak edir.

Aksiyada əsasən döşək, yorğan, yastıq, isti geyimlər, uşaq bezləri, uşaq qidaları, papaq, corab, əlcək və s. toplanır.

Qeyd edək ki, yardım çeşidləndikdən sonra Bakıda təyin olunmuş məntəqəyə yola salınacaq.

AzVision.az



Teqlər: Biləsuvar   Məcburi-Köçkünlər   Tükiyə   Yardım  





Xəbər lenti