Dubay-Mahaçqala təyyarəsi dumana görə Bakı hava limanına enib

Dubay-Mahaçqala təyyarəsi dumana görə Bakı hava limanına enib
  12 Fevral 2023    Oxunub:1094
"flyDubai" aviaşirkətinə məxsus Dubay-Mahaçqala reysini həyata keçirən təyyarənin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
Bu barədə AzVision.az -a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

"Boeing 737" təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.

Sərnişinlər və heyət hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti