“Tehranın razılığı olmadan səfirliyə hücum baş verə biməzdi” – Lativiyalı ekspert (VİDEO)

   “Tehranın razılığı olmadan səfirliyə hücum baş verə biməzdi” –    Lativiyalı ekspert (VİDEO)
  12 Fevral 2023    Oxunub:3745
“İran hakimiyyət orqanlarının səssiz razılığı olmadan onun paytaxtında başqa bir dövlətə qarşı terror aktı törətmək mümkün deyil. Azərbaycanın İrandakı səfirliyinə hücum isə şübhəsiz, terror aktı idi. Burada hələ aydınlaşdırmaq lazımdır ki, razılıq səssiz olub, yoxsa terror aktında hakimiyyət fəal iştirak edib”.
Bu sözləri AzVision.az -a açıqlamasında hərbi ekspert, Latviya silahlı qüvvələrinin istefada olan baş zabiti Eynars Qraudins deyib (Materialın rus versiyasını buradan oxuya bilərsiniz).

O xatırladıb ki, İran Ukraynaya qarşı təcavüz edən Rusiyaya hücum silahları verməklə onu fəal şəkildə dəstəkləyir. Bu vəziyyətdə Azərbaycan ən azı neytral mövqe tutur, amma ümumilikdə bütün mümkün vasitələrlə Ukraynadakı müharibəni dayandırmağa çalışır. Azərbaycan üçün bu, Rusiyanın Ukraynaya qarşı təcavüzünün nizamlanması, İran üçün isə geosiyasi sərhədlərinin və maraqlarının genişləndirilməsi məsələsidir.


“Bundan əlavə, bu, İran üçün ciddi bir biznesdir, çünki Rusiya İran silahlarına pul ödəyir. Eyni zamanda, İran Rusiyanın nüvə texnologiyaları ilə maraqlanır və bu artıq bütün dünya üçün təhlükə yaradır”, - ekspert qeyd edib.

Qraudins onu da vurğulayıb ki, hazırda Azərbaycan, Türkiyə və İsrail arasında çox sıx qarşılıqlı əlaqə mövcuddur. Sonuncu ölkə İranın qəddar düşmənidir. Təbii ki, İran Türkiyənin də regionda nüfuzunun artmasına son dərəcə mənfi yanaşır.

“Azərbaycan Ermənistanın əvvəllər işğal etdiyi əraziləri azad etdiyi üçün elə bir vəziyyət yaranıb ki, Bakı onu Naxçıvanla birləşdirən dəhliz əldə edəcək. İran Azərbaycan torpaqlarının işğalı zamanı bu ərazilərdən istifadə edərək, güclü təsirə malik narkotik və silah tranziti ilə məşğul olub. Azərbaycanın 2020-ci ildə əldə etdiyi hərbi uğur İranın son dərəcə maraqlı olduğu qeyri-qanuni narkotik və silah bazarına son qoyub. Azərbaycan səfirliyinə hücum da bunun nəticəsidir. Səfirlik ilk növbədə dövlətin simvoludur. Yəni törədilən terror aktı İranın Azərbaycana, Türkiyəyə və İsrailə münasibətinin simvolik nümayişidir”,- ekspert vurğulayıb.

Samir Vəliyev
AzVision.az



Teqlər: İran   Terror  





Xəbər lenti