Sergey Markov: “Vardanyan heç vaxt Qarabağa qayıtmayacaq” – Eksklüziv video

      Sergey Markov:    “Vardanyan heç vaxt Qarabağa qayıtmayacaq” –    Eksklüziv video
  13 Fevral 2023    Oxunub:2804
“Ruben Vardanyan Qarabağdan qaçıb. Çünki hazırda azərbaycanlı ekoloqların etirazının pik vaxtında Qarabağ yataqlarından qeyri-qanuni filiz daşınması, ora silah gətirilməsi və Azərbaycan sərhədindən qanunsuz keçilməsi imkanları kəskin şəkildə azalıb. Artıq Fransadan və Avropa Parlamentindən də Qarabağa heç kim gəlmir”.
Bu sözləri AzVision.az -a rusiyalı ekspert, Siyasi Tədqiqatlar İnstitutunun rəhbəri Sergey Markov deyib. O vurğulayıb ki, Ruben Vardanyana milyardlarını idarə etmək daha vacibdir, çünki Qarabağ dağlarına görə pul itirmək istəmir: “Düşünürəm ki, bir də heç vaxt Qarabağa qayıtmayacaq. Birincisi, indi daha çox pul qazanmağa çalışacaq, çünki Rusiya vətəndaşlığından imtina edib. Hamıya məlumdur ki, Vardanyanın nümayəndələri hazırda Qərb şirkətlərinin Rusiya nümayəndəliklərini satın almaqla məşğuldurlar”.


Ekspert güman edir ki, Vardanyan artıq Qarabağda deyil, baş nazir Nikol Paşinyanı əvəzləyərək Ermənistanda karyera qurmağa çalışacaq. “Gallup” şirkəti Vardanyanın Ermənistanda guya ən populyar siyasətçi olması ilə bağlı məlumat yayıb. Markov buna inanmır; onun fikrincə, Vardanyan belə nəticələri populyarlığına deyil, maliyyə imkanlarına görə “Gallup”dan almağa nail olub. “Paşinyanı aradan qaldırıb Ermənistanın başçısı olmaq, Qərb biznesinin Rusiyanı tərk etməsindən milyardlar qazanmaq indi Vardanyan üçün prioritetdir. İnanıram ki, o daha Qarabağa qayıda bilməyəcək”, - ekspert deyib.

Murad Nəcəfov
AzVision.az




Teqlər:





Xəbər lenti