“Trans Səbiş” saxlanıldı

Əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Xankərəm Umudov və Kənan Nağıyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla onların fevralın 7-də yaşadıqları evdə bir nəfəri bıçaqla hədələyib mobil telefonunu, 850 manatını, instaqram səhifəsini ələ keçirmələri, yanvarın 15-də isə digər bir şəxsi döyərək 500 manatını və qızıl boyunbağısını quldurluq və hədə-qorxu ilə talamaları müəyyən olunub.
Abşeron RPİ-də qeyd olunan 3 nəfər barəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Qeyd edək ki, Qismət Soltanov sosial şəbəkələrdə "trans Səbiş" ləqəbi ilə tanınır.
AzVision.az
Teqlər: