"Kuruluş Osman"ın aktyoru və həyat yoldaşı da zəlzələdə öldü

      "Kuruluş Osman"ın    aktyoru və həyat yoldaşı da zəlzələdə öldü
  13 Fevral 2023    Oxunub:2136
Aktrisa Çağdaş Çankaya və musiqiçi həyat yoldaşı Zilan Tigris zəlzələdə həyatını itirib.
Bu barədə ssenari müəllifi və prodüser Mehmet Bozdağ İnstaqram səhifəsində xəbər yayıb:

“Hamımızı dərindən yaralayan zəlzələ faciəsində "Kuruluş Osman" serialının dəyərli aktyoru Çağdaş Çankayayı və həyat yoldaşı Zilan Tigrisi itirmək bizi dərindən kədərləndirdi".

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 643 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti