67 yaşlı azərbaycanlı son pulunu Türkiyəyə göndərdi

   67 yaşlı azərbaycanlı    son pulunu Türkiyəyə göndərdi
  13 Fevral 2023    Oxunub:1550
Azərbaycan dövləti və xalqı Türkiyədə zəlzələdən zərər çəkənlərə yardımlarını davam etdirir. Zəlzələdən zərərçəkənlərə varlıdan kasıba, uşaqdan qocaya qədər hamı canla-başla köməklik edir.
AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, başqalarının köməyi ilə dolanışığını təmin edən 67 yaşlı azərbaycanlı Səkinə Kərimova cibindəki son pulu olan 50 manatı (təxminən 550 lirə) Türkiyədə zəlzələdən zərərçəkənlərə bağışlayıb.

Küçədə təsadüfən mətbuat mənsubları ilə görüşən Sekine Kərimova onlardan pulu Türkiyədəki zəlzələdən zərərçəkənlərə göndərmələrini istəyib. Kərimovanın pulu AFAD-ın hesabına yatırılıb.

Sekine Kərimova "Çox ağladım. Onlara qurban olum. Uşaqlara görə ürəyim ağrıdı. Şəkərim, təzyiqim qalxdı. Çox pis oldum. Bu pulu onlara saxladım, göndərirəm. Gücüm buna çatır”,- bildirib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti