"Mişa, səni sevirəm" - Saakaşvilinin Kikabidze ilə son görüşü

   "Mişa, səni sevirəm" -    Saakaşvilinin Kikabidze ilə son görüşü
  13 Fevral 2023    Oxunub:1513
Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze ilə son görüşü haqqında yazıb.
"Bu bizim son görüşümüz idi. Ayağa qalxıb arxaya dönmək istədim. O, güclə ayağa qalxdı, amma məni saxladı, öpdü və "Mişa, səni sevirəm" dedi. Ondan eşitdiyim son sözlər bunlar idi.

Bubba, mən səni sevirəm və darıxıram (Ümid edirəm ki, o ölkədə internet yaxşı işləyir), - Saakaşvili yazıb.

Qeyd edək ki, Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze yanvarın 15-də 84 yaşında vəfat edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti