Ərdoğan zəlzələdə xəsarət alanın körpəsinə ad verdi

Ərdoğan zəlzələdə xəsarət alanın körpəsinə ad verdi
  14 Fevral 2023    Oxunub:1157
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələə xəsarət alan qadının yeni doğulan uşağına ad qoyub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Başakşəhər Çam və Sakura Xəstəxanasında zəlzələdən zərərçəkənləri ziyarət edib.

Zərərçəkənin qız övladı olduğunu öyrənən Ərdoğandan adını onun qoyması istənilib.

Türkiyə prezidenti yeni doğulan uşağa Ayşə Betül adı qoyaraq qulağına "Azan" oxuyub və adını üç dəfə təkrarlayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti