Rusiya "nüvə triadası"ndan olan təyyarələrini havaya qaldırdı

   Rusiya    "nüvə triadası"ndan    olan təyyarələrini havaya qaldırdı
  14 Fevral 2023    Oxunub:1053
Rusiya ordusuna məxsus məxsus iki "Tu-95MS" strateji raketdaşıyıcısı Berinq dənizinin neytral ərazisində yeddi saatlıq uçuş həyata keçirib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təkcə qırıcıların müşayiəti ilə baş tutan bu planlaşdırılmış uçuş deyil, ümumilikdə Rusiya Aerokosmik Qüvvələrinə məxsus təyyarələrin bütün reydlərdə hava məkanından istifadəyə dair beynəlxalq qaydaları ciddi şəkildə yerinə yetirilir.

Qeyd edək ki, "Tu-95MS" strateji raket daşıyıcısı (NATO-da kod adı "Bear" - "Ayı"-red.) uzun mənzilli strateji qanadlı raketlərinin daşıyıcısı kimi yaradılıb. Bu, məşhur Tu-95 təyyarəsinin modifikasiya
edilmiş versiyasıdır. Onlar dünyanın ən sürətli turbovintli seriyalı raket daşıyıcı təyyarələri sayılırlar. Ən əsası isə bu tip təyyarələr "nüvə triadası"nın tərkib hissələrindən biridir.



Tural Tağıyev
AzVision.az



Teqlər: Təyyarə  





Xəbər lenti