Binəqədidə yanğın başlayıb

   Binəqədidə yanğın başlayıb
  14 Fevral 2023    Oxunub:658
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, mazut qalıqları və qamışlıq sahə yanır. Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə xəbər veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti