FHN-in psixoloqları zəlzələdən zərər çəkənlərə fasiləsiz xidmət göstərir

FHN-in psixoloqları zəlzələdən zərər çəkənlərə fasiləsiz xidmət göstərir
  14 Fevral 2023    Oxunub:782
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması çərçivəsində qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin tibbi heyəti arasında peşəkar psixoloqlar da var.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib. Zəlzələdən fiziki və mənəvi sarsıntı keçirən insanlarin yanında olmaq və onlara mənəvi dəstək vermək məqsədilə göndərilmiş FHN-in psixoloqları tərəfindən Kahramanmaraşda zərər çəkmiş insanlara psixoloji yardım işi təşkil olunub.

Qeyd edək ki, psixoloji yardım işi fasiləsiz olaraq davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti